16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Estoniya Rusiyadan özünü “Çin səddi” ilə qorumaq istəyir
Tarix: 16-11-2021 12:49 | Bölmə: Siyasət
Estoniya Rusiyadan özünü “Çin səddi” ilə qorumaq istəyir

Bölgədə yaranmış mühacir böhranı fonunda Estoniyanın Dövlət təhlükəsizliyi komissiyası Rusiya ilə sərhədi möhkəmləndirmək barədə düşünür.

Reyting.az
rambler.ru-ya istinadla xəbər verir ki, məlumatı Estoniya Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Hökumətin noyabrın 18-də keçiriləcək xüsusi iclasında bundan ötrü tələb olunan zəruri tədbirlər müzakirə ediləcək.

Estoniyanın Baş naziri Kaya Kallas bəyan edib ki, hazırda ölkənin sərhədlərinə heç bir təhlükə yoxdur: “Fəqət, qonşu dövlətlərdə yaranmış vəziyyət Tallini ciddi narahat etməyə başlayıb. Gözlənilən təhlükənin qarşısını almaq üçün artıq indidən tədbirlər görmək vacibdir”.

Baş nazir mühacir böhranı ilə bağlı Polşanı dəstəklədiyini, Belarusdakı mövcud rejimin maraqlarına xidmət edənlərə və bu məqsədlə “hibrid hücumları” təşkil edənlərə qarşı isə əlavə sanksiyaların tətbiqini doğru saydıqlarını açıqlayıb.

Bu arada Almaniya kansleri Angela Merkelin Belarus liderinə telefon açdığı və onunla mühacir böhranının həlli yollarını müzakirə etdiyi məlum olub.




Bölməyə aid digər xəbərlər