16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
XİN: "Ermənistanın hərbi təxribatları adekvat şəkildə cavablandırılacaq"
Tarix: 17-11-2021 11:52 | Bölmə: Siyasət
XİN: "Ermənistanın hərbi təxribatları adekvat şəkildə cavablandırılacaq"

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir:

"Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaqdır.

Allah Şəhidlərimizə rəhmət eləsin!"




Bölməyə aid digər xəbərlər