16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Tahir Kərimli: “Bəzi məmurlar şəhid ailələrini, veteranları incidir”
Tarix: 17-11-2021 12:51 | Bölmə: Siyasət
Tahir Kərimli: “Bəzi məmurlar şəhid ailələrini, veteranları incidir”

“Milli Məclisin komitəsinin iclası zamanı “Hərbçilərin statusu haqqında” qanun layihəsi barədə danışdım. Hesab edirəm ki, bu, olduqca yaxşı qanundur. Qanunda eyni zamanda hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur. Bu qanun Silahlı Qüvvələrimizin bütün növlərinə aiddir”.

Reyting.az
bildirir ki, bu fikirləri Milli Məclisdə "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bəhs etdiyi qanunda nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının minimum maaşından aşağı olmamalıdır: “Döyüşlərdə olanlara yaxşı maaş verilməsi məsələsi var. Eləcədə ildə bir dəfə istirahət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması... Sözsüz ki, bu çox əla qanundur”.

Deputat xatıladıb ki, Maliyyə naziri bunun tutumunun yüksək olduğunu bildirib: “Mən əminəm ki, əgər cənab prezidentə bu barədə məruzə olunsa, məsələ həllini tapar”.

T. Kərimli əlavə edib ki, dövlət ciddi şəkildə qazilərə və şəhid ailələrinə yardımlar edir, dəstək verir: “Biz bir neçə yerdə olduq. Bir şəhid ailəsi və qazinin narazılığını görmədik. Bununla yanaşı müəyyən problemlər də var. Elə insanlar var ki, əlil olsalar da, əlilliyin ləğv edilməsi onlardan da yan keçməyib. Məncə, bu məsələyə baxılmalıdır. Belə insanların işləmək qabiliyyəti yoxur, heç iş də yoxdur”.

Deputat daha sonra şəhid ailələrini və qaziləri incidən məmurları tənqid edib: “Bəzi məmurlar şəhid ailələrini, veteranları incidir. Heç kimin ata-babası həmişə varlı olmayıb. Ona gorə də kasıb ailələrə diqqətlə yanaşılmalıdır. Biz 30-cu illəri görmüş xalqıq. Analarımız müharibədə cənnət qoxulu övladlarını itiriblər. Hər kəs, övladlarını oxşayanda belə valideynləri unutmamalıdır. Atasının şəklini qucaqlayıb ağlayan uşaqları yada salsınlar”.




Bölməyə aid digər xəbərlər