16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Ceyhun Bayramov: "Ermənistanın təhlükəli addımlarına lazımi qarşılıq verəcəyik"
Tarix: 17-11-2021 13:52 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Ermənistanın təhlükəli addımlarına lazımi qarşılıq verəcəyik"

“Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik”.

"Anadolu" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Taayib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb: “İki liderin bu mesajları son dərəcə əhəmiyyətlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi İrəvanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir qərar olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Bunlar təhlükəli açıqlamalardır. Bizim istədiyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır”/Report.

Nazir deyib ki, Ermənistan dialoq çağırışlarını qəbul etməlidir.

Onun sözlərinə görə, Ermənistan tərəfi bunu nə qədər tez anlasa, yeni dialoqları qəbul etsə və qonşuları ilə hörmətlə davransa, sərhədləri qəbul etsə, qonşu dövlətlərin torpaqlarına iddia etməsə, onda problem həll olunar: "Onlar 30 illik işğalçılıq siyasətlərinə baxsalar, Ermənistan hökuməti və xalqı üçün nələrə səbəb olduqlarını, hansı ağır nəticələr ortaya qoyduqlarını görəcəklər. İnanırıq ki, bu mövzu ilə bağlı düzgün nəticələr çıxarar, daha məntiqli addımlar atarlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər