16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Müsavat Partiyası: “Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılmalıdır”
Tarix: 17-11-2021 18:41 | Bölmə: Siyasət
Müsavat Partiyası: “Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılmalıdır”
Müsavat Partiyası Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, son bir həftə ərzində Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan gərginlik, xüsusilə noyabrın 16-da baş vermiş təxribatdan sonra başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusunun şəhid olması, 10 nəfərin yaralanması münaqişənin hələ bitmədiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hərbi və siyasi-diplomatik sahədə hələ çox işlərin görülməli olduğunu sübut edir.

Reyting.az-ın məlumatına görə, Müsavat Partiyası bundan əvvəlki mövqeyini təkrarlayaraq bəyan edir ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də kommunikasiyaların açılması barədə saziş layihəsi ətrafında danışıqlar bilavasitə Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Partiya bəyan edir ki, vasitəçilərin iştirakı qaçılmaz olacaqsa, bu prosesdə Türkiyənin də iştirakı şərt olaraq irəli sürülməlidir.

Müsavat Partiyası imzalanacaq sazişin beynəlxalq hüquqa əsaslanmasını, danışıqlar prosesinin şəffaflığının təmin olunmasını tələb edir.




Bölməyə aid digər xəbərlər