16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Zaxarova: "Ermənistanla sərhəddə vəziyyətin daha da gərginləşməməsi üçün səy göstəririk”
Tarix: 17-11-2021 20:14 | Bölmə: Siyasət
Zaxarova: "Ermənistanla sərhəddə vəziyyətin daha da gərginləşməməsi üçün səy göstəririk”

“Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün addımlar atlılır".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O bildirib ki, hazırda Rusiya prezidenti Putin  və aidiyyəti qurumlar bununla məşğuldur: "Bizim vasitəçilik missiyasımız regionda sülhün bərqərar olmasına yönəlib. Tərəflərdən hər birinin öz mənafeyi var. Bunlardan bəziləri vəziyyətin inkişafına dair bizim rəyimizə ziddir, bəziləri isə uyğun gəlir. Hazırda vəziyyətin daha da gərginləşməməsi və dinc məcraya yönəlməsi üçün səy göstəririk”.

Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir: “Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir. Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır”.




Bölməyə aid digər xəbərlər