16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Azərbaycan XİN BMT üzvlərinə təşəkkür edib - Qətnaməyə görə
Tarix: 19-11-2021 12:31 | Bölmə: Siyasət
Azərbaycan XİN BMT üzvlərinə təşəkkür edib

Azərbaycan XİN Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT üzvü olan ölkələrə minnətdarlığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Tvitter" səhifəsində yazıb.

L. Əliyeva qeyd edib ki, Qoşulmama Hərəkatı adından Azərbaycan prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk.




Bölməyə aid digər xəbərlər