16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Brüssel görüşündən sonra tərəflər...
Tarix: 20-11-2021 16:04 | Bölmə: Siyasət
Brüssel görüşündən sonra tərəflər...

"Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel "Şərq tərəfdaşlıq" sammitində iştrak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib".

Reyting.az
xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib.

O bildirib ki, 16 noyabr eskalasiyası tərəflər arasında diplomatik danışıqları intensivləşdirib: "Bu eskalasiya Ermənistanın sülhə yaxın durması üçün önəmli addım idi. Sual oluna bilər ki, Rusiya dura-dura Aİ iki tərəf arasında görüş təşkil edir? Axı atəşkəsi Rusiya bərpa elədi.

Bir günlük eskalasiyadan sonra Rusiya tərəfi 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsini qəti şəkildə bildirdi. Tərəflər arasında delimitasiya və demarkasiya məsələsinin həllində Rusiyanın rolu vardır. Tərəflər arasındakı Brüssel görüşü 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək üçün əsaslı konfrans deyil. Aİ çoxdan maraqlı idi ki, özünü göstərsin və konflikti nizamlamaq üçün vasitəçi olsun. Brüssel görüşündə tərəflər insidentlərin qarşısını almaq üçün müdafiə nazirlərinin birbaşa əlaqəsi təmin ediləcək. Bu da önəmli addımdır. Artıq 3-cü tərəfin vasitəçiliyi olmadan birbaşa əlaqələr olacaq".

O qeyd edib ki, Brüssel görüşündən sonra tərəflər bəyanatın müddəalarını yerinə yetirmək üçün addımlar atacaqlar.




Bölməyə aid digər xəbərlər