16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Soçi görüşü ərəfəsində Rusiya XİN-dən açıqlamalar
Tarix: 26-11-2021 15:39 | Bölmə: Siyasət
Soçi görüşü ərəfəsində Rusiya XİN-dən açıqlamalar

"Rusiya tərəfi gözləyir ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq".

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntilərimiz, bu iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi, regionda çoxdan gözlənilən sülh və sabitliyin tezliklə bərqərar olmasıdır”, - deyə o əlavə edib.

“Görüş bütövlükdə 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə, ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”, - deyə Rudenko vurğulayıb.

Diplomat əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. "Bunlar həm nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına, həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür", - nazir müavini izah edib.

Andrey Rudenko bildirib: "Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi “qısamüddətli” məsələdir. Bu məsələlər işlənərkən bütün iştirakçıların razılığı alınmalıdır. Buna nail olanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir”, - deyə Rudenko qeyd edib.

Nazir müavini bildirib ki, bu cür müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər Gürcüstan üçün “3+3” formatında yer qalacaq. “Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Ona görə də əgər belə bir görüş baş tutsa və görüş bu altı dövlətin paytaxtlarından birində keçiriləcək. Gürcüstan gəlməyə hazır olduğunu təsdiq etməsə belə, kürsü Gürcüstan üçün boş qalacaq. Gürcüstan iştirakı lazım bildikdə, bunun üçün məqam yetişəndə, prosesin tamhüquqlu iştirakçısı olacaq”.




Bölməyə aid digər xəbərlər