16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Deputat: "Aşqabad sammiti bizim üçün yaxşı fürsət oldu"
Tarix: 29-11-2021 17:49 | Bölmə: Siyasət
Deputat: "Aşqabad sammiti bizim üçün yaxşı fürsət oldu"

“İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən sammitini uğurlu və müsbət qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu sammit Azərbaycan üçün son dərəcə uğurlu oldu. Bu sammit həm ölkələri bir-birinə yaxınlaşdırdı, həm də iqtisadi baxımdan yeni sazişlərin imzalanmasına şahidlik etdik. Bu baxımdan sammit bizim və orada iştirak edən bütün dövlətlərin marağını ifadə etdi”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E. Məmmədov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevi Soçi görüşünə görə alqışlayıblar: “Həmin ölkələr də Soçi görüşünün nəticələrini müsbət qiymətləndirdi”.

E. Məmmədovun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə toxunub: “Eləcə də Azərbaycan liderinin Türkmənistan, Özbəkistan, Pakistan dövlət başçıları ilə görüşlərində aparılan müzakirələr və dostluq əlaqələrinin vurğulanması xüsusi qeyd edilməlidir. Bütün bu görüşlər xeyirlidir, gərəklidir, gələcəyimiz üçün çox lazımlıdır”.

Milli Məclisin üzvü əlavə edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq, bu qurumun daha güclü fəaliyyət göstərməsi orada iştirak edən dövlətlərin hamısı üçün vacibdir: “Cənab prezidentimiz orada çağırışlar etdi. Dedi ki, Zəngəzur dəhlizindən gələcəkdə istifadə edə bilərsiniz və edəcəksiniz də. Məncə, Aşqabad sammiti bizim üçün yaxşı fürsət oldu və Azərbaycan bundan maksimum faydalana bildi. Bu, bir daha göstərir ki, Azərbaycan fəal xarici siyasət aparır, təkcə ənənəvi dostları ilə əlaqələri gücləndirmir, həm də yeni dostlar qazanır.

Sammit zamanı imzalanan qaz rzılaşmaları əlbəttə, daha geniş mövzudur. Azərbaycan aydın və sistemli xarici siyasət aparır, mümkün iqtisadi imkanlardan faydalanır. Mən bu sammiti və onun nəticələrini son dərəcə uğurlu sayıram”.




Bölməyə aid digər xəbərlər