XİN-nin sabiq vəzifəli şəxslərinə şərti cəza verilib
Tarix: 22-12-2021 17:56 | Bölmə: Siyasət
XİN-nin sabiq vəzifəli şəxslərinə şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadəyə hökm oxunub.

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Səlim Əlizadə son söz deyib.

O, məhkəmədən bəraət istəyib.

Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

Hökmə əsasən, Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, ötən prosesdə prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Bildirilib ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar/Report.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}