Baş nazir: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”
Tarix: 22-12-2021 20:35 | Bölmə: Siyasət
Baş nazir: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”

“Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olması son dərəcə vacibdir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib.

O, Gürcüstanın Qarabağ müharibəsindən sonra regionda baş verən prosesləri diqqətlə izlədiyini bildirib.

Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “Dinc Qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, qonşular arsında etimadın bərpası və Gürcüstanın vasitəçi kimi mövqeyinin möhkəmlənməsinə yönəlib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}