ATƏT Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstəyini davam etdirəcək
Tarix: 24-12-2021 12:49 | Bölmə: Siyasət
ATƏT Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstəyini davam etdirəcək

"ATƏT Azərbaycanla Ermənistan arasında, habelə bütövlükdə regionda dayanıqlı sülhün bərqərar olmasına dəstəyini bundan sonra da davam etdirməyə hazırdır".

Bunu ATƏT-ə sədrlik edən İsveç Xarici İşlər Nazirliyindən bildiriblər.

"Cənubi Qafqazda fəaliyyətlə bağlı xeyli təcrübəsi olan ATƏT-in həm də postmünaqişə dövründə yardımla bağlı bir sıra mexanizmlər təklif edərək Azərbaycanda və Ermənistanda təhlükəsizliyin hər üç istiqamətində çalışmağa davam edəcəyi qeyd olunub. Həmçinin ATƏT-in fəaliyyətdəki sədri Ann Lindenin Nazirlər Şurasının son iclasında dediyi kimi, təşkilat həm də regionlar səviyyədə fəaliyyətini artıra bilər. O cümlədən iqtisadiyyat və ekologiya sahələrində göstərilən səylər də Cənubi Qafqazda dayanıqlı sülhə və rifaha mühüm töhfə ola bilər”, – XİN-dən deyiblər.

Xatırladaq ki, ATƏT sədrliyi gələn il yanvarın 1-dən İsveçdən Polşaya keçəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}