Qırğız lideri prezident İlham Əliyevə zəng edib
Tarix: 24-12-2021 13:22 | Bölmə: Siyasət
Qırğız lideri prezident İlham Əliyevə zəng edib

Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat Xxdməti məlumat yayıb.

Sadır Japarov prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğız prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Qırğızıstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}