Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Rusiyada görüşüblər
Tarix: 24-12-2021 18:17 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Rusiyada görüşüblər

Dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri görüşüb. Bu, Qarabağ müharibəsi başa çatdıqdan sonra ilk görüşdür.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bənzər görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.

Bəzi mənbələrin iddiasına görə, Rusiya paytaxtında keçirilən görüşdə Azərbaycan tərəfdən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}