ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Bugünədək görmədiyiniz sanksiyalarla üzləşəcəksiniz”
Tarix: 27-12-2021 09:29 | Bölmə: Siyasət
ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Bugünədək görmədiyiniz sanksiyalarla üzləşəcəksiniz”

ABŞ-ın vitse-prezidenti Kamala Xarris bəyan edib ki, Rusiya Ukraynaya müdaxilə edəcəyi təqdirdə, Ağ Ev ona qarşı misli görünməmiş sanksiyalar tətbiq etməyə hazırdır.

Reyting.az
-ın xəbərinə görə, K. Xarris Ukrayna böhranı ilə bağlı “CBS” telekanalının efirində bildirib ki, Vaşinqton müttəfiqləri ilə birgə Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edir: “Bu problemlə bağlı yaxın müttəfiqlərimizlə əməkdaşlıq edirik və çox aydın şəkildə anlatmışıq ki, Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, Rusiya bu günədək görünməmiş sanksiyalarla üzləşməli olacaq”.

Xanım Xarris konkret hası sanksiyalardan bəhs edildiyini bildirməsə də, Vaşinqtonun bu mövzuda Rusiya tərəfi ilə “birbaşa diskussiya apardığına” diqqət çəkib.

Vitse-prezident birmənalı şəkildə qeyd edib ki, Rusiya Ukraynanın suverenliyini pozmağa cürət etməməlidir və ABŞ axıra qədər bu ölkənin ərazi bütövlüyünü dəstəkləyəcək.(mail.ru)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}