Ceyhun Bayramov: "Avropa İttifaqının Azərbaycana marağı artıb"
Tarix: 27-12-2021 11:44 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Avropa İttifaqının Azərbaycana marağı artıb"

“Avropa İttifaqının həm ölkəmizə, həm də bölgəmizə marağının artmasını müşahidə edirik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və bir sıra Aİ rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə əsas verir”, - nazir vurğulayıb/Report.

Nazir əlavə eidb ki 2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib:

"Bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub. 44 günlük müharibədə qazanılan qələbədən sonra regionda formalaşmış yeni reallıqlar konteksində Azərbaycan BMT, ATƏT, Aİ, Avropa Şurası, İƏT və bir sıra digər regional platformalar daxil olmaqla, bütün mümkün çərçivələrdən istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}