Qeyri-formal görüşdən müsbət nəticə gözləyəkmi?
Tarix: 28-12-2021 14:47 | Bölmə: Siyasət
Qeyri-formal görüşdən müsbət nəticə gözləyəkmi?

Bugün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Reyting.az
-ın xəbərinə görə, siyasi ekspert Samir Hümbətov bildirib ki, bu sammit çərçivəsində prezident İlham Əliyev, baş nazir Nikol və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüşün keçriləcəyi ilə bağlı məlumat yayılıb:

"Ehtimal olunanlardan biri də odur ki, bu görüş zamanı tərəflər arasında əsas müzakirə ediləcək mövzular sırasında Qarabağ münaqişəsinin nizamlanması, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinin icrası və s. olacaq”.

Siyasi ekspert bu məsələnin müzakirəsi mümkün sayır: “Amma əvvəlki görüşlərdə olduğu kimi, bu görüdə də hansısa ciddi nəticənin əldə ediləcəyi o qədər inandırıcı görünmür. Nəzərə alsaq ki, bu, il ərzində tərəflərin iştirakı ilə 3-cü görüş olacaq və bu görüşlər çərçivəsində hansısa əməli-praktiki addımların atılmasının şahidi ola bilmədik. O zaman, bu görüşün də hansısa uğurlu nəticə verməsi inandırıcı görünmür. Digər tərəfdən, bu görüş qeyri-formal sammit çərçivəsində baş tutur".

Ekspert əlavə edib ki, uğurlu nəticənin əldə edilməsi prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın vasitəçilərsiz görüşü ola bilər: “Həm də görüş digər neytral ölkədə baş tutarsa, bu, mümkün görünə bilər”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}