Baydenin cavabı qısa olub: “Baxarıq”
Tarix: 29-12-2021 09:50 | Bölmə: Siyasət
Baydenin cavabı qısa olub: “Baxarıq”

ABŞ prezidenti Co Bayden yanvar ayında Rusiyanın lideri Vladimir Putinlə söhbətin mümkünlüyünü bildirib.

Reyting.az
-ın məlumatına görə, Rusiyanın elektron mediası Ağ Evin mətbuat xidmətinə istinadala xəbər verir ki, Bayden jurnalistlərin yeni ilin əvvəlində Kremlin sahibi ilə şəxsən görüşməyi planlaşdırması ilə bağlı sualına çox qısa cavab verib: “Baxarıq”.

Məsələ Moskva və Vaşinqton arasında yanvarın 10-na planlaşdırılmış danışıqlardan gedir. Bu strateji dialoq Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda təşkil olunur. Həmin gün iki supergücün xarici diplomatiya idarələrinin rəhbərləri səviyyəsində görüş təyin edilib.

Xatırladaq ki, dekabrın ortalarında Putin və Bayden videokonfrans rejimində danışıblar. Onların axırıncı əyani sammiti cari ilin iyununda Cenevrədə baş tutmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}