15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Üç prezidentin təhlükəsizliyinə cavabdeh olmuş şəxsin meyiti tapılıb
Tarix: 02-01-2022 11:08 | Bölmə: Siyasət
Üç prezidentin təhlükəsizliyinə cavabdeh olmuş şəxsin meyiti tapılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqori Ayrapetov yanvarın 1-də vəfat edib.

Reyting.az
xəbər verir ki, bu müəmmalı ölüm Ayrapetovun İrəvandakı mənzilində baş verib.

55 yaşında vəfat edən Qriqori Ayrapetovun ölüm səbəbi hələlik bəlli deyil.

Q. Ayrapetov 1991-2018-ci illərdə Ermənistan liderlərinin təhlükəsizliyinə cavabdeh olub. O, Ermənistanın üç prezidentinin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyini təmin edib.

Q. Ayrapetov 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilmişdi.

Məlumat üçün qeyd edək ki, Qriqori Ayrapetov sonuncu dəfə mətbuatın diqqətini Düşənbə şəhərində cəlb etmişdi. O, 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla eyni liftdə olmuşdu. Bu, Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra Azərbaycanla ilk təması idi.




Bölməyə aid digər xəbərlər