15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Prezident Nur-Sultanı tərk etməyəcəyini bəyan edib - Nazarbayev daha bir vəzifədən uzaqlaşdırılıb
Tarix: 05-01-2022 17:14 | Bölmə: Siyasət
Prezident Nur-Sultanı tərk etməyəcəyini bəyan edib - Nazarbayev daha bir vəzifədən uzaqlaşdırılıb

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Reyting.az
 xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

O, baş verən qarşıdurmaya görə paytaxtı tərk etməyəcəyini bəyan edərək, bildirib ki, bundan sonra həmin vəzifəni də özü tutacaq: “Bu gündən etibarən bu vəzifəni mən tutacağam. Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər