15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Qazaxıstandan onlayn reportaj: son vəziyyət necədir? - Foto
Tarix: 08-01-2022 10:53 | Bölmə: Siyasət
Qazaxıstandan onlayn reportaj: son vəziyyət necədir?

“Sputnik Qazaxıstan” iğtişaşların episentri sayılan Almatı şəhrindən reportaj yayımlayıb. Reyting.az bu saata olan məlumatları olduğu kimi oxucularının nəzərinə çatdırır.

Sıxılmış qazın qiymətinin iki dəfə qaldırılması səbəbindən başlayan kütləvi aksiyalar artıq silahlı qarşıdurmaya, basqınlara, çoxsaylı insan tələfatına qədər böyümüşdür. Qazaxıstanda yanvarın 19-dək Fövqəladə vəziyyət rejimi tətbiq olunub, hökumət istefaya göndərilib, El atası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan uzaqlaşdırılıb. Ölkəsində baş verənləri xarici müdaxilənin nəticəsi adlandıran prezident Tokayevin yardım müraciətindən sonra bu ölkəyə MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “sülhməramlı qüvvələri” göndərilib.

2022-ci il 8 yanvar səhəri Almatıda kriminogen vəziyyət aşağıdakı kimidir:

08:59

Almatıda səhər saatlarından atışma səsləri eşidilir. Polis, xüsusi təyinatlılar və “sülhməramlılar” bu şəhərdə antiterror əməliyyatı aparır.

08:52


DİN-nin məlumatı: aksiyaların başladığı vaxtdan bu günədək 4,2 min vətəndaş polis idarələrinə aparılıb. Saxlanılanlar arsasında xarici ölkələrin vətəndaşları da var.

08:51

Qazaxıstan Milli Sahibkarlar Palatası – “Ataməkan”ın açıqlamasına görə, bu gün səhərə aparılan hesablamalar göstərir ki, iğtişaşlar nəticəsində ölkə iqtisadiyyatına 203 milyon dollar ziyan dəyib.

08:44

Taldıkurqan vilayətindəki müvəqqəti saxlama idarəsinin yerləşdiyi rayonun ətrafında güllə səsləri eşidiməkdədir.

* Ən son məlumat: Almatıda vəziyyət sabitdir, amma internet və mobil rabitə hələ bərpa edilməyib.





Bölməyə aid digər xəbərlər