15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Politoloq: “Sui-qəsdçilərin planı Almatını tutmaq idi”
Tarix: 08-01-2022 17:42 | Bölmə: Siyasət
Politoloq: “Sui-qəsdçilərin planı Almatını tutmaq idi”

Tanınmış qazax politolqu Urazgali Selteyev kənardan idarə olunan terrorçuların Qazaxıstanda dövlət çevrilişi etmək niyyətini açıqlayıb.

“Terrorçuların məqsədi Qazaxıstanda dövlət çevrilişini reallaşdırmaq və Mili Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin dəstəyi ilə Almatını yenidən paytaxt elan etmək idi”. Tanınmış politoloq Urazgali Selteyev ölkəsində baş verən hadisələrə münasibət bildirərkən belə deyib. Siyasi ekspert hesab edir ki, hadisələrin iki versiyası üzərində dayanmaq olar: “Komitə Qzaxıstanda silahlı qrupların yaradılması ilə bağlı bütün prosesə nəzarət edə, ya da yüksək çinli daxili elit qrupu ilə birgə dövlət çevrilişinin təşkilatçılarından birinə çevrilə bilərdi”.

Selteyevin sözlərinə görə, MTK ekstremizmə meyilli xarici qüvvələrin ölkəyə sızmasını görməyə bilməzdi. O, silahlı quldurların Almatını ələ keçirdikdən sonra onu paytaxta çevirəcəklərini və bu yolla insanları çaşdıraraq, onları küçələrə çıxmağa təhrik edəcəklərini irəli sürür.

Politoloq daha sonra bildirib ki, Qazaxıstanın güc strukturları və KTMT-nin sülhyaratma qüvvələri hadisələrə çevik və effektli reaksiya veriblər. Ekspertin sözlərinə görə, dövlət çevrilişinə cəhddə şübhəli şəxs qismində həbs olunan MTK-nin sabiq şefi Karim Masimov bu idarəni fövqəlgücə çeviribmiş. Yəni, MTK öz əlində çoxlu funksiyaları – dövlət sərhəd xidmətini, xarici kəşfiyyatı və digər strukturları cəmləmişdi. U. Selteyevin qənaətinə görə, indi hakimiyyət MTK-nı yenidən təşkil etmək barədə düşünməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər