17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya Ukraynaya hücuma hazırlaşır
Tarix: 11-01-2022 12:26 | Bölmə: Siyasət
Rusiya Ukraynaya hücuma hazırlaşır

“Rusiyanın hərbi helikopterlərinin Ukrayna ilə sərhədə üz tutması Kremlin Kiyevə hücum planına ciddi hazırlaşdığından xəbər verir”.

Reyting.az
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ağ Evdəki rəsmi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqtonda hələ bir ay əvvəl rus qoşunlarının Ukrayna sərhədinə doğru irəliləməsinin ləngidiyini bildirməklə kifayətlənirlər.

“Rusiya prezidenti Vladimir Putin ən müasir hərbi helikopterləri hadisə yerinə cəlb etmək kimi yeni addımlar atmağa başlayıb”, - yazan qəzet bunu gözlənilən hücum planının hazırlanmasının mümkün əlamətlərindən biri kimi vurğulayır: “Əgər Putin Ukraynaya müdaxiləyə qərar verərsə, bu savaşda qırıcı təyyarələrlə yanaşı, hərbi və nəqliyyat helikopterləri də Rusiyanın vacib üstünlüyünü təmin edəcək”.

“New York Times” ABŞ kəşfiyyatının məlumatlarına istinadla qeyd edir ki, artıq yanvarın əvvəli üçün ölkənin cənub-qərbindəki Rusiya ordu birləşmələrinin sayı 175 000 nəfərə çatıb. Amma Vaşinqton yenə də RF Silahlı Qüvvələrinin qərbə irəliləməsinin ləngidiyini dilə gətirir. Rəsmi məlumatlarda isə Ukrayna ilə sərhəddə əvvəlki təki 100 000 rus hərbçisinin yerləşdirildiyi bildirilir.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}