16:37 / 19-07-2025
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
14:39 / 19-07-2025
“Seçilmiş pedaqoji əsərlər” kitabı işıq üzü görüb - Foto
13:28 / 19-07-2025
Sabah 41 dərəcə isti olacaq - Proqnoz
09:36 / 19-07-2025
Süni intellekt köhnə şahmat proqramı ilə oynamaqdan qorxub
08:34 / 19-07-2025
Tramp: Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındır
06:52 / 19-07-2025
Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edilib
05:48 / 19-07-2025
Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib
19:18 / 18-07-2025
Ali Məhkəmə “Meydan” TV ilə bağlı qərarı qüvvədə saxlayıb
19:10 / 18-07-2025
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
18:00 / 18-07-2025
Oleq Bakinski: "Mənə bəraət verin"
17:55 / 18-07-2025
Ramiz Məmmədov "Şamaxı"dan ayrılıb
17:51 / 18-07-2025
Alimlər yeni planet kəşf ediblər
17:42 / 18-07-2025
Bakı və rayonlarda ağaclar qanunsuz kəsilib
17:21 / 18-07-2025
İyulun 23-dək isti hava davam edəcək
17:17 / 18-07-2025
"Qarabağ" hücumçu ilə vidalaşıb
17:08 / 18-07-2025
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
16:48 / 18-07-2025
Prezident Xocalıda sakinlərlə görüşüb - Maraqlı dialoq
16:40 / 18-07-2025
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
16:20 / 18-07-2025
XİN: "Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
16:14 / 18-07-2025
Maştağada xüsusi əməliyyat: istixanada 881 kq narkotik vasitə aşkarlanıb
16:10 / 18-07-2025
Azad İsazadə: Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər
16:10 / 18-07-2025
Həbsdəki oğluna narkotik gətirən ata tutulub
16:06 / 18-07-2025
“Xəzər TV”-yə xəbərdarlıq edilib
15:57 / 18-07-2025
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
15:38 / 18-07-2025
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
15:34 / 18-07-2025
Səbailin bir hissəsində işıq olmayacaq
15:23 / 18-07-2025
“AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilib
14:49 / 18-07-2025
Vaxtilə Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
14:35 / 18-07-2025
Prezident Xocalı kərpic zavodunun açılışını edib - Fotolar
07:40 / 16-07-2025

10:54 / 16-07-2025

11:19 / 17-07-2025

17:53 / 14-07-2025

14:56 / 16-07-2025

12:18 / 16-07-2025

11:57 / 16-07-2025

14:04 / 17-07-2025

12:30 / 16-07-2025

12:02 / 17-07-2025

08:08 / 15-07-2025

Partiyaların 2022-ci il üçün hansı plan və hədəfləri var? - Açıqlamalar
Tarix: 11-01-2022 17:39 | Bölmə: Siyasət

Azərbaycanda hazırda dövlət qeydiyyatına alınan 58 siyasi partiya var. Onların bir neçəsi istisna olmaqla, əksəriyyətinin fəaliyyəti gözə dəymir.
Maraqlıdır, partiyaların 2022-ci il üçün planları və hədəfləri nədir?
Reyting.az-ın məlumatına görə, mövzu ilə bağlı Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli Report-a deyib ki, bu il əsas diqqəti parlament tribunası vasitəsilə təşkilatın siyasətini həyata keçirməyə yönəldəcəklər, eyni zamanda təşkilati işlərlə məşğul olacaqlar: "Bu il ən azı 4 dəfə Baş Məclisin iclasının keçirilməsini planlaşdırmışıq. Hələlik isə Siyasi Şuranın toplantısını keçiririk. İlin əvvəlindən də Salyan rayon təşkilatımızın fəaliyyətini bərpa etmişik. Bundan əlavə, bu il ərzində partiyamız tərəfindən dövlətin həyatında baş verən hadisələrə, beynəlxalq proseslərə reaksiyalarımız olacaq. Güman edirəm ki, bir sıra partiyalar kimi biz də əsas diqqəti ictimai-siyasi vəziyyətin təhlilinə yönəldəcəyik".
Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, hər bir partiyanın əsas hədəfi və planı hakimiyyətə gəlmək olmalıdır: "Bizim də hədəfimiz iqtidar olmaqdır. Hər ilin də özünəməxsus xarakterləri olur. Məsələn, parlament, prezident, bələdiyyə seçkiləri və referendum, siyasi passivliyin ola biləcəyi illər var. Bunlara uyğun olaraq da strateji planlar hazırlanır və həyata keçirilir. Son dönəmlər siyasi həyatda sürət o qədər artıb ki, artıq hər hansı partiya bir il öncədən görə biləcəyi planları hazırlaya bilmir. Çünki reallıqlar, hədəflər dəyişir. Hesab edirəm ki, zamana uyğun olaraq çevik qərarlar vermək lazımdır. Hansısa partiya öncədən hazırlanan 5 illik planlarının və ya hədəflərinin olduğunu deyirsə, bu, daha çox söz oyunudur. Partiyanın təşkilati baxımdan işlərini planlamaq olur. Bizdə də bu var. Bunlar standart məsələlərdir".
Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bu il üçün əsas hədəflərinin rayon şöbələrinin gücləndirilməsi və təşkilatlanma işlərinin həyata keçirilməsi, bununla bağlı informasiyanın daha çox yayılması olduğunu deyib: "Artıq buna start verilib. Qeyd edim ki, hazırda partiyamızın 60-dan çox rayon təşkilatı fəaliyyət göstərir. Bu il üçün isə gündəlikdə bir sıra rayon təşkilatlarının təsis olunması barədə məsələ var. Biz Azərbaycanın milli partiyasıyıq. Bundan əlavə, kifayət qədər sosial bazaya malik, strukturları formalaşmış, seçki komissiyalarında təmsil olunan partiyayıq. Biz həm də parlament partiyasıyıq".
Uzun illər Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi, indi isə onun qızı Əsli Kazımovanın sədri olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) bu il də fəaliyyətini yeni layihələr əsasında davam etdirəcək: "Keçən il olduğu kimi, bu il də beynəlxalq mediada aktiv iştirak etməyi planlayırıq. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi açıqlamalar hər bir partiya üçün prioritet məsələyə çevrilməlidir və örnək olmalıdır. Əgər Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçki keçirilsə, prosesdə iştirak etməyi planlayırıq. Qarabağa müntəzəm səfərlər etməyi nəzərdə tuturuq. Məqsədimiz siyasi partiya olaraq, illərdir gözlədiyimiz “Böyük köç” zamanı əlimizdən gələn dəstəklə dövlətimizin və soydaşlarımızın yanında olmaqdır. Şəhid ailələri və qazilərin problemlərinin gündəmə gətirilməsi, onlara gərəkli yardımın göstərilməsi ilə bağlı bir sıra layihələrimiz var. Siyasi partiya olaraq, bu ildən etibarən sadəcə Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini deyil, həm də xaricdə yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanmağı qarşımıza məqsəd qoymuşuq. Xaricdə yaşayan azərbaycanlıların səsi olacaq bir siyasi partiya olmağı hədəfləyirik”.
Parlamentin deputatı Razi Nurullayev sədri olduğu Milli Cəbhə Partiyasının kadr potensialına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, partiyanın özəyi xeyli güclüdür, amma daha da gücləndirilməsinə, təşkilata yeni savadlı, siyasi bilikli insanların cəlb edilməsinə ehtiyac var: "Bunun üçün də bu il partiyaya xeyli savadlı gənclərin və ekspertlərin, ziyalıların cəlb edilməsi üçün səfərbərlik etmişik və xeyli irəliləyişlər var. Əsas qayəmiz kəmiyyət yox, keyfiyyətdir. Açığını deyim ki, üzv cəlb etməklə bağlı ciddi planımız yoxdur. Səbəb isə budur ki, yeni üzvlərin ən azından siyasi və mənəvi ehtiyaclarını ödəmək lazım gəlir, amma bunun üçün imkanlar məhduddur. Üzvləri aksiya, mitinq, piket və digər tədbirlərlə daima fəal saxlamaq lazımdır. Bunun üçün imkanlar olmadığına görə bu yolu seçmişik. Çünki üzvü qəbul etmək asan, amma onu yanında saxlamaq çətindir. O üzv getdisə, bir də dönməz. Biz siyasətdə fərqli yol seçmişik və inanıram ki, nəticəsi də olacaq. Bu il həm də bir neçə rayon şöbəsi yaradacaq və mövcud olanları gücləndirəcəyik. Digər hədəfimiz isə bir neçə beynəlxalq siyasi təşkilatlarda təmsilçilik əldə etməkdir".
Azərbaycan Yüksəliş Partiyasının (AYP) başqanının ictimaiyyətlə əlaqələr və mətbuat məsələləri üzrə müavini Gülşən Hacıyeva deyib ki, siyasi təşkilatın 2022-ci il üçün xeyli planı var və bununla bağlı “Tədbirlər planı” təsdiqlənib və artıq bu sənədin icrasına başlanılıb.
O qeyd edib ki, partiyanın builki planlarına paytaxtda və bölgələrdə təşkilatlanmanı gücləndirmək, cəmiyyəti maraqlandıran, toplumun həyatına birbaşa təsiri olan məsələlərlə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək daxildir: "Bundan əlavə, partiyamızın tarixi olaylar, şəxsiyyətlərlə bağlı müzakirələr, panellər, konfranslar keçirmək, özünün ideoloji kursunu hakimiyyətə daşımaq üçün müxtəlif platformalarda - media, sosial şəbəkə və s. çıxışlar etmək, xaricdəki mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələr qurmaq, ölkə daxilidə və xaricində siyasi partiyalar, QHT, beyin mərkəzləri, mətbuat nümayəndələri, aydınlarla, təhsil ocaqları ilə görüşlər keçirmək, müzakirələr aparmaq, ölkə daxilində və xaricində müxtəlif tədbirlərə, aksiyalara qatılmaq, panellərdə, konfranslarda çıxış etmək, ölkə daxilində mümkün olduqca kütləvi tədbirlər təşkil etmək, belə tədbirlərə qatılmaq, şəhid ailələri və qazilərin məsələlərini daim diqqətdə saxlamaq, gündəmə gətirmək, həllinə nail olmağa çalışmaq, ölkədə baş verən ciddi hadisələr, xarici əlaqələrdəki mühüm proseslərə münasibət bildirmək, mövqe ortaya qoymaq kimi hədəfləri də var. Artıq bölgələrdə təşkilatlanma ilə bağlı bir sıra addımlar atılıb, partiyanın rəsmi hesablarında bununla bağlı çağırışlar edilib. Ən qısa zamanda AYP bölgələrə səfərlərə başlayacaq. Ötən il partiya rəhbərliyi Türkiyə və Şimali Kipr Türk Respublikasına səfərlər edərək, yüksək səviyyədə görüşlər keçirib, əlaqələr qurub. Bu il isə öncə Gürcüstan, Ukrayna, Moldovaya partiya rəhbərlərinin səfərləri planlaşdırılır. Daha sonra partiya təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri nəzərdə tutulub".
Partiya funksioneri vurğulayıb ki, AYP 2022-ci ildə Milli Məclisə təkrar seçki və ya növbədənkənar seçki keçiriləcəyi halda, mütləq bu prosesdə iştirak edəcək: "Ötən ilin sonunda Başqanlıq Heyətinin genişləndirilmiş iclasında AYP daimi Seçki Qərargahının yaradılması barədə qərar qəbul edib. Artıq daimi Seçki Qərargahı formalaşdırılıb".
“Azərbaycan Mübarizləri” Partiyasının sədri Səadət Müslümova, Yeni Zaman Partiyasının sədri (YZP) Musa Ağayev məsələ ilə bağlı suala, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə zənglərə cavab verməyiblər.
Bölməyə aid digər xəbərlər

Dünən, 11:20
Erməni diasporuna qadağa qoyulub
Dünən, 08:21
Kreml Suriyaya zərbələrə görə Təl-Əvivi ittiham edir
17-07-2025, 17:53
Ali Rada yeni hökumətin tərkibini təsdiqləyib - Siyahı
17-07-2025, 16:49
Mirədalət Talışxanov məhkəmə qarşısına çıxarılıb
17-07-2025, 10:51
Azərbaycan XİN İraqa başsağlığı verib
17-07-2025, 10:29
Sabiq nazir müavininə yeni vəzifə verilib? - Nazirlik susur
17-07-2025, 08:19
İranın Ali rəhbəri: Amerikaya güclü zərbə endirmişik
17-07-2025, 07:54
Hərbi ekspert: Kiyev ən ağır şərtlərlə sülhə gəlməlidir
16-07-2025, 13:19
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
16-07-2025, 12:17
Qarabağ separatçılarının İrəvandakı binası əllərindən alınır
16-07-2025, 10:17
Rusiyaya qarşı sanksiyaları genişləndiriblər
16-07-2025, 08:20
Donald Tramp 50 gün səbr edəcəkmi?
15-07-2025, 12:29
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
15-07-2025, 11:40
Nazir müavini: "Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq"
15-07-2025, 09:00
Türkiyədən ABŞ-nın Zəngəzur dəhlizi ilə bağlı təklifinə - Reaksiya
15-07-2025, 07:42
Rusiya ABŞ şirkətini müsadirə edib
14-07-2025, 20:41
Tramp: Azərbaycan-Ermənistan danışıqları uğurlu nəticə verəcək
14-07-2025, 18:19
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
14-07-2025, 14:48
AK sədri: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi..."
14-07-2025, 11:34
İrəvanda Qarabağ ermənilərindən hakimiyyətə qarşı istifadə edirlər
14-07-2025, 10:24
Deputat: "Bu, yalnız mənim şəxsimlə bağlı deyil"
14-07-2025, 07:55
Makron: Rusiya bizim üçün əbədi təhlükədir
14-07-2025, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
13-07-2025, 16:36
Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər
13-07-2025, 10:08
MEDİA: "Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir"
11-07-2025, 21:16
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
11-07-2025, 16:32
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
11-07-2025, 12:55
Putin uzunmüddətli müharibəyə hazırlaşır
11-07-2025, 08:16
Ryabkov: BRİCS anti-Amerika birliyi deyil
10-07-2025, 23:33
Temmi Bryus: "ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir"
10-07-2025, 12:36
Rusiya ordusuna yeni bombardmançılar veriblər
10-07-2025, 11:38
Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil
10-07-2025, 08:35
NATO ilə Rusiya arasında münaqişə riski artır
9-07-2025, 13:20
XİN: "İranın Ermənistandakı səfirinin iddiaları qəbuledilməzdir"
9-07-2025, 13:01
Mərkəz rəhbəri barədə daha bir qərar qəbul edilib
9-07-2025, 12:31
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib
9-07-2025, 11:23
ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik edib
9-07-2025, 09:45
Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
9-07-2025, 08:33
Tramp: Putindən çoxlu cəfəngiyyat eşidirəm
9-07-2025, 08:27
Lavrov: Fransa və Almaniya liderləri ağıllarını itirib
8-07-2025, 22:41
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışıb
8-07-2025, 17:38
Fazil Mustafaya sui-qəsd işi: təqsirləndirilən şəxslərlə bağlı növbəti qərar verilib