Kamran Əliyev İranın Baş prokuroru ilə Moskvada görüşüb
Tarix: 12-01-2022 16:00 | Bölmə: Siyasət
Kamran Əliyev İranın Baş prokuroru ilə Moskvada görüşüb

Rusiyanın paytaxtı Moskva şəhərinə işguzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}