15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb
Tarix: 12-01-2022 17:50 | Bölmə: Siyasət
ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından və bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib:

“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik”.




Bölməyə aid digər xəbərlər