Dövlət Departamenti Bakı və İrəvana çağırış edib
Tarix: 13-01-2022 00:10 | Bölmə: Siyasət
Dövlət Departamenti Bakı və İrəvana çağırış edib

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını bildirib.

Bu barədə qurumun rəsmi tviter səhifəsində məlumat yerləşdirilib.

“Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri qoşunların çıxarılması, sərhədin demarkasiyası və saxlanılanların geri qaytarılması da daxil olmaqla gərginliyi azaltmağa çağırırıq”, - deyə paylaşımda bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}