Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı olub - Yenilənib
Tarix: 13-01-2022 17:39 | Bölmə: Siyasət
Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Reyting.az-a bildirilib ki, Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.

***

Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

Bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqı üçün çətin dönəmdə dəstəklədiyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirib dərinləşdirmək istədiklərini qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}