16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
NATO Moskva ilə danışıqlardan sonra təlimlərə başlayır
Tarix: 14-01-2022 10:19 | Bölmə: Siyasət
NATO Moskva ilə danışıqlardan sonra təlimlərə başlayır

Şimali Atlantika Alyansına daxil olan 28 dövlətin silahlı qüvvələri Norveçin ərazisində hərbi təlimlərə başlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə müttəfiqlərin 40 mindən çox hərbçisi cəlb olunacaq.

Məlumatda qeyd olunur ki, belə bir qərar təhlükəsizliyə təminatla bağlı Rusiya-NATO danışıqlarından dərhal sonra qəbul edilib.

“Norveç Silahlı Qüvvələrinin operativ komandanlığı Rusiyanın Şimal donanmasını çoxmillətli “Cold Response-2022” təlimlərinin keçiriləcəyi barədə xəbərdar edib. Bu təlimlərdə Norveç SQ-nin hərbi hissə və bölmələri ilə yanaşı, NATO üzvü olan 28 dövlətin və tərəfdaş ölkələrin ümumi sayı 40 min nəfərə çatan kontingentin iştirak edəcəyi gözlənilir”,- RF Müdafiə Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya-NATO dialoqu yanvarın 10-da Cenevrədə baş tutub. Danışıqlar prosesində hərbi alyans Kremlin əsas şərtlərindən biri olan - Şərqə doğru genişlənməmək məsələsində kompromisə getməyib. Bununla bağlı açıqlama verən Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun sözlərinə görə, mövcud vəziyyətin bundan sonra daha da pisləşməsi Avropada təhlükəsizlik üçün ağır fəsadlara gətirib çıxara bilər. Kremlin sözçüsü Dmitri Peskov Cenevrədə prinsipial məsələlər üzrə razılığın əldə olunmadığını bəyan edib. RF Xarici işlər nazirinin digər müavini Sergey Ryabkov isə danışıqların yekunu ilə bağlı daha kəskin aşıqlama ilə çıxış edib: “Rusiyanın təhlükəsizliyə dair təkliflərini müzakirə etməkdən ötrü ABŞ və onun müttəfiqləri ilə yeni görüşlərə heç bir əsas yoxdur”.(Ura.ru)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}