Ermənistan XİN: "Türkiyə ilə danışıqlar ilkin şərtlər olmadan davam etdiriləcək"
Tarix: 14-01-2022 16:55 | Bölmə: Siyasət
Ermənistan XİN: "Türkiyə ilə danışıqlar ilkin şərtlər olmadan davam etdiriləcək"

"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar".

"Aysor" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar

“İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}