PA rəsmisi: "İctimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik"
Tarix: 15-01-2022 11:41 | Bölmə: Siyasət
PA rəsmisi: "İctimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik"

“Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər”.

Bunu Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında hər zaman ictimai nəzarətin gücləndirilməsinə toxunur: “Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı söylədiyi fikirlər vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Ona görə də biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm ki, bizdən gözlənti də budur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}