15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı bəlli olub
Tarix: 18-01-2022 17:12 | Bölmə: Siyasət
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı bəlli olub

Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.

Məlumata görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bunlar “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və s. qanun layihələridir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır/Report.




Bölməyə aid digər xəbərlər