17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nüvə müharibəsi ilə müqayisə edilir
Tarix: 21-01-2022 10:40 | Bölmə: Siyasət
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nüvə müharibəsi ilə müqayisə edilir

Birləşmiş Ştatların prezidenti Co Bayden Rəsmi Moskvanı “bugünədək heç vaxt görmədiyi” yeni sanksiyalarla hədələyib.

Reyting.az
-ın lenta.ru-ya istinadla verdiyi xəbərə görə, Ağ Evin sahibi bəyanatına onu da əlavə edib ki, nəzərdə tutulan sanksiyalar Rusiya ordusunun Ukrayna ərazisinə müdaxilə etdiyi an tətbiq olunacaq.

C. Baydenin bu kəskin xəbərdarlığını iqtisadi tərəfdən qiymətləndirməyə çalışan mütəxəssislər hadisələrin bu məcrada inkişafının mümkün fəsadlarını nüvə müharibəsi ilə müqayisə ediblər.

Onu da əlavə edək ki, C. Baydenin belə bir bəyanatı onun prezidentliyinin bir ilinin tamam olması ilə üst-üstə düşüb. Bu münasibətlə etdiyi çıxışında Ağ Evin sahibi Rusiya mövzusuna qismən toxunub. O, rəsmi Moskvaya qarşı planlaşdırdıqları məhdudlaşdırıcı tədbirlərin təfsilatına varmasa da, Rusiya banklarına dollarla əməliyyatlar həyata keçirmələrinə qadağa qoyulacağını xatırladıb.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}