16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qazaxıstandakı iğtişaşların əsas səbəbi açıqlanıb
Tarix: 21-01-2022 11:38 | Bölmə: Siyasət
Qazaxıstandakı iğtişaşların əsas səbəbi açıqlanıb

Bu gün respublikanın biznes ictimaiyyəti ilə görüşən Qazaxıstan prezidenti Qasım-Comert Tokayev bildirib ki, yanvar hadisələrinin başlıca səbəbi ölkənin gəlirinin varlılar və kasıblar arasında dözülməz dərəcədə qeyri-mütənasib bölünməsidir.

Reyting.az
xəbər verir ki, məlum hadisələrdən sonra ilk dəfə ölkənin iş adamları ilə görüşən Qazaxıstan prezidenti Tokayev varlılarla kasıblar arasında bərabərsizliyin uçurum həddinə çatdığını deyib: “Hamınıza yaxşı məlum olan korrupsiyanın fonunda gəlirlərin bölünməsindəki təbəqələşmə barıt çəlləyinə atılan kibrit çöpü rolunu oynayıb. Bundan isə terrorçular, silahlı qruplar və onların arxasında dayanmış qiyamçılar istifadə ediblər”.

Prezidentin sözlərinə görə, baş vermiş hadisələr əslində illərlə yığılıb qalmış problemləri yenidən gündəmə gətirib: “Bu gün bizim qarşımızda, olduqca ciddi strateji əhəmiyyət daşıyan, ölkədə bütün ictimai quruluşun dərin tranformasiyası vəzifəsi dayanır. İndi bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”.(ria.ru)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}