14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya, Çin və İran ordusu döyüş vəziyyətinə gətirilib
Tarix: 21-01-2022 15:54 | Bölmə: Siyasət
Rusiya, Çin və İran ordusu döyüş vəziyyətinə gətirilib

İran İslam Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası Hind okeanının şimalında təşkil etdikləri “Sülh və təhlükəsizlik üçün birlikdə” şüarı ilə “2022- Dəniz Təhlükəsizlik Kəməri” adlı birgə hərbi təlimə səhər saatlarından start verilib.

Reyting.az
xəbər verir ki, üç ölkənin birlikdə keçirdiyi təlimlər bir növ ABŞ başda olmaqla Şimali Atlantik Alyansına qarşı güc nümayişi hesab olunur.

İran ordusunun sözçüsü admiral Mustafa Taceddini deyib ki, İran, Çin və Rusiya qoşunlarının planlaşdırılan taktiki və əməliyyat təlimlərinə yanan gəminin xilas edilməsi, qaçırılan gəminin buraxılması və gecə-gündüz müəyyən dəniz hədəflərinə atəş açılması daxildir.

Təlimin Hind okeanının şimal hissəsi, Babülmendep, Malakka və Hörmüz boğazlarını əhatə etdiyi üçün böyük əhəmiyyət daşıdığını ifadə edən M. Tacəddini bildirib ki, bu üç boğaz bölgədə qızıl üçbucaqdır, eyni zamanda Omman dənizi və Hind okeanı da dünya ticarətinin həyat mərkəzi hesab edilir.



“Biz İran, Çin və Rusiya olaraq bu regionun təhlükəsizliyini təmin etmək və bu dəniz ticarət xətlərini qorumaq üçün birgə hərəkət edirik. Bu yolla hər üç ölkənin maraqlarını qorumağı qarşımıza məqsəd qoyuruq”, - deyə admiral bildirib.

Təlimin İran, Çin və Rusiya donanmasının 3-cü ortaq təlimi olduğuna diqqət çəkən Tacəddini, bunun bölgədə dəniz ticarətinin təhlükəsizliyini gücləndirmək və müxtəlif əməliyyatlarda üç ölkə arasında koordinasiyanı artırmaq məqsədi daşıdığını qeyd edib.

“2022-Dəniz Təhlükəsizlik Kəməri” təlimi Ukrayna böhranı səbəbindən Rusiya ilə ABŞ və NATO arasında gərginliyin artdığı bir vaxtda keçirilir. Mütəxəssislər də diqqəti daha çox bu məqama çəkir və ehtimal edirlər ki, Moskva belə addımlarla “heç bir qüvvə bizi dayandıra bilməz”,- mesajını verir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}