“Böyük qayıdış”la bağlı komissiya yaradılacaq
Tarix: 24-01-2022 10:20 | Bölmə: Siyasət
“Böyük qayıdış”la bağlı komissiya yaradılacaq

Milli Məclis azad olunmuş torpaqlara “Böyük qayıdış”la bağlı beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə əməkdaşlıq layihəsi hazırlayacaq.

Reyting.az
-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd olunur ki, işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi komitənin iş planına daxil edilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}