Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”
Tarix: 24-01-2022 10:46 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”

“Bizim media məkanında fundamental problemlər mövcuddur”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev deyib.

“1988-ci ildə münaqişə başlayanda sovet ideologiyasının jurnalistikamıza təsiri var idi. O vaxt bir çox jurnalistlərin materialları müxtəlif ölkələrdə də dərc olunurdu. Son vaxtlar müəyyən problemlər əmələ gəldi. İndi daha çox iki-üç cümləlik materiallara rast gəlinir”, - o bildirib.

Mərkəz rəhbəri vurğulayıb ki, postmünaqişə ilə bağlı materiallar çox azdır: “Bu materialların az olmasını hər birimiz görürürük. Təhlil xarakterli materiallar da azdır. 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılar qovulmuşdu. Ermənilər isə bizim könüllü çıxdığımızı iddia edirlər. Həmin şəxslərdən müsahibə götürərək, bu əsassız iddialara son qoymaq olar”.

Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ətbuat nümayəndələri üçün “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimlər keçirilir.

Mərkəz, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimlər 3 gün davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}