18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Türkiyə ABŞ-dan istədiyini ala biləcəkmi?
Tarix: 24-01-2022 14:59 | Bölmə: Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin yaxın münasibətləri ABŞ-ı narahat edir.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” Vaşinqton və Ankaradakı qaynaqlarına istinadla bildirib.
Qeyd edilir ki, “F-16” qırıcılarının satışı ABŞ-Türkiyə münasibətlərini yumşalda bilər, amma Rusiya ilə gərginlik buna mane olur.
ABŞ-ın Konqres üzvlərinin Ərdoğan-Putin yaxınlığından narahat olduqları vurğulanır.
Ərdoğan-Putin münasibətlərinin ABŞ-ın Türkiyəyə “F-16” döyüş təyyarələri satmasının qarşısını ala biləcəyinə diqqət çəkən qəzet yazır ki, Bayden rəhbərliyi Türkiyənin “F-16” almasına isti münasibət bəsləsə də, Ankaradakı səlahiyyətlilər bu addımın iki ölkə arasında münasibətləri yaxşılaşdıracağını düşünür. Amma Konqres üzvləri Türkiyənin Rusiya ilə artan əlaqələrini tənqid edirlər.
Yüksək rütbəli türk rəsmilərindən biri bu razılaşmanın ABŞ-Türkiyə münasibətlərini qaydaya sala biləcəyini deyərkən, ekspertlər Vaşinqtonun “F-16” satışını əngəlləməsinin Ankaranı Moskvaya yaxınlaşdıracağı ilə bağlı xəbərdarlıq edirlər.
Bildirilir ki, Türkiyə “S-400” raketləri aldıqdan sonra ABŞ Türkiyədən uzaqlaşmağa başlayıb. “F-35” proqramından çıxarıldıqdan sonra da Türkiyənin ABŞ-dan yeni “F-16” almaq istədiyi xatırladılır.
“Bayden administrasiyası “F-16” razılaşmasını dəstəkləyəcəyinə dair hələ heç bir işarə verməyib. ABŞ-ın silah ixracına nəzarət qanunları Bayden administrasiyasının bu məsələyə dair Konqresə xəbər verməsini tələb edir. Konqres bu təklifi nəzərdən keçirə və ya bloklaya bilər. Bayden administrasiyası Türkiyənin bu təklifi ilə bağlı Konqresə hələ rəsmi məlumat verməyib”, - məqalədə qeyd olunur.
Qəzetə danışan ABŞ konqresmeninin köməkçisi deyib ki, Türkiyənin “F-16” almaq planı uğursuzluqla nəticələnə bilər.
Türkiyənin “F-16” almaq planlarının mürəkkəb milli təhlükəsizlik problemlərini ortaya çıxardığı vurğulansa da, ABŞ-ın bu satış üçün yüksək rütbəli türk rəsmiləri ilə danışıqlar apardığı qeyd edilib.
Türkiyə rəsmiləri bildiriblər ki, prezident Ərdoğanın sözçüsü İbrahim Kalın yanvarın 10-da bu məsələ ilə bağlı Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sallivanla müzakirə aparıb. ABŞ rəsmiləri bu görüşlə bağlı şərh verməyiblər.
ABŞ Dövlət Departamentinin sözçüsü “ABŞ və Türkiyənin uzunmüddətli və hərtərəfli ikitərəfli təhlükəsizlik əlaqələri var və Türkiyənin NATO ilə işləməsi bizim prioritetimizdir”,- ifadəsini işlədib.
Qəzet iddia edir ki, Türkiyənin indiki və keçmiş rəsmiləri “F-16” müqaviləsinin imzalanmasının Ankaranın Moskvaya doğru addım atmasının qarşısını ala biləcəyini deyiblər.
ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri bildirib ki, “F-16”-nın satışı böhrandan əla çıxış yoludur: “Burada problem, xüsusən də ABŞ Konqresində Türkiyəyə münasibətin mənfi olmasıdır. İnsanların bunun qarşısını almaq istəyəcəyindən narahatam”.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin başında duran senatorlar Robert Menendez və Ceyms Rişin hələlik bu məsələ ilə bağlı açıqlama verməyiblər. Xüsusilə Yunan lobbisinin ABŞ dövlət katibinə məktubla müraciət etdiyi xatırladılıb.
Respublikaçı siyasətçi Nikol Malliotakis deyib: “Bizim narahatlığımız odur ki, Türkiyəyə hərbi texnika versək, onlar, bu silahlardan Kipr və Yunan adalarına qarşı aqressiv şəkildə istifadə edəcəklər. Biz əqli mülkiyyətimiz olan bir şeyin Rusiya ilə paylaşılacağından narahatıq. Türkiyə bir çox cəhətdən düşmən kimi davranır”.
Digər tərəfdən, qəzetə danışan ekspertlər və rəsmilər bildiriblər ki, Türkiyə “F-16”-ları ala bilməsə, bu, Türkiyənin cəzalandırılması anlamına gələr. Mütəxəssislər ABŞ-dan döyüş təyyarəsi ala bilməyən Türkiyənin Rusiyadan analoji təyyarə ala biləcəyinə dair xəbərdarlıq ediblər. Bildirilib ki, bu döyüş təyyarələri arasında “Su-35”, “Su-57”, eləcə də Rusiyanın beşinci nəsil təkmühərrikli döyüş təyyarəsi “Checkmate” (Şah-mat) var.
Onu da diqqətə çatdıraq ki, ekspertlərin sözlərinə görə, keçən il Yunanıstana “Rafale” döyüş təyyarələri satan Fransa bu təyyarəni Türkiyəyə satmayacaq, İngiltərənin də “Eurofighter Typhoon”-un satışının qarşısını ala biləcəyi proqnozlaşdırılır.
Bölməyə aid digər xəbərlər

12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər