AŞPA PA-nın xüsusi nümayəndəsi Qazaxıstana səfər edəcək
Tarix: 25-01-2022 10:41 | Bölmə: Siyasət
AŞPA PA-nın xüsusi nümayəndəsi Qazaxıstana səfər edəcək

Qazaxıstan parlamentinin aşağı palatasının (senat) sədr müavini Askar Şakirov ATƏT-in Parlament Assambleyasının nümayəndələrini yanvarın əvvəllərində ölkədə baş vermiş hadisələri müzakirə etməkdən ötrü Astanaya dəvət edib.

Reyting.az
-ın məlumatına görə, Qazaxıstan parlamentinin mətbuat xidmətindən bildirilib ki, Askar Şakirovun iştirak etdiyi AŞPA PA-nın onlayn-iclasında cari beynəlxalq məsələlər, o cümlədən, Qazaxıstandakı vəziyyət müzakirə mövzusu olub. Hazırda AŞPA PA sədrinin müavini vəzifəsini daşıyan A. Şakirov faciəli yanvar hadisələri ilə bağlı avropalı parlamentarları hərtərəfli məlumatdırıb.

Qurumun büro üzvləri Qazaxıstandakı vəziyyətlə bağlı AŞPA PA-nın fevral ayında onlayn-brifinq keçirmək barədə təklifi bəyəniblər.

Məlumatda o da qeyd olunur ki, avropalı deputatlar baş vermiş qanlı hadisələrin “obyektiv araşdırılmasının vacibliyini və nəticələrin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını” qeyd ediblər.

Bundan başqa, A. Şakirov AŞPA PA nümayəndələrinə Qazaxıstana səfər etməyi, ölkədə real vəziyyətlə yaxından tanış olmalarını və müvafiq məsələlərin müzakirəsini təklif edib. Təklifi qəbul edən PA-nın sədr müavini, qurumun Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pia Kauma Qazaxıstana rəsmi səfərə getməyə hazır olduğunu deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}