Azad edilmiş ərazilərdə yeni idarəetmə forması yaradılır
Tarix: 25-01-2022 11:14 | Bölmə: Siyasət
Azad edilmiş ərazilərdə yeni idarəetmə forması yaradılır

“Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü daha da artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək”.

O bildirib ki, yYaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlanılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}