İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Tarix: 25-01-2022 15:58 | Bölmə: Siyasət
İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək

Bu il mart ayının əvvəlində İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

“İran tərəfi ilə bugünki müzakirələri hesab etmək olar ki, hökümətlərarası komissiyasına hazırlıq mərhələsi kimi görülən işdir. Əminəm ki, komissiyanın iclasına kimi möhtərəm Prezidentimiz tərəfindən verilən tapşırıqlar yerinə yetiriləcək. Verilən tapşırıqların icrası baxımından zəruri bir sıra sənədlərin imzalanmasına, zəruri infrastruktur layihələrinin yerinə yetirilməsinə döğru gedəcəyik”, - deyə Ş. Mustafayev bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}