Rusiya ən müasir hərbi təyyarələrini Belarusda yerləşdirir
Tarix: 26-01-2022 10:26 | Bölmə: Siyasət
Rusiya ən müasir hərbi təyyarələrini Belarusda yerləşdirir

İttifaq dövlətinin ilkin reaksiya qüvvələrini yoxlamaq üçün Rusiya “Su-35S” çoxməqsədli qırıcı təyyarələrini Belarusun ərazisinə göndərməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyindən “RİA Novosti”yə verilən məlumatda deyilir ki, İttifaq dövlətinin birgə qüvvələrinin döyüş qabiliyyətini yoxlamaq məqsədilə Şərq hərbi dairəsinin “Su-35S” çoxməqsədli qırıcı təyyarələrinin ekipajlarının Belarusun aerodromlarına daşınması davam etdirilir.

“Uçuş zamanı ekipajlar növbəti uçuşa hazırlaşmaq və dincəlmək üçün Mərkəzi və Qərb hərbi dairələrinin aerodromlarında aralıq enişləri həyata keçirirlər”, - deyilən məlumatda o da qeyd olunur ki, ünvana çatdıqdan sonra qırıcı təyyarələr İttifaq dövlətin vahid HHM sistemi çərçivəsində funksiyasını yerinə yetirməkdən ötrü döyüş növbətçiliyinə başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}