Səfir: "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”
Tarix: 26-01-2022 12:15 | Bölmə: Siyasət
Səfir: "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”

Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir.

O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır”.

M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}