Baş katib: “Rusiya NATO ilə dialoqu çətinləşdirir”
Tarix: 26-01-2022 23:29 | Bölmə: Siyasət
Baş katib: “Rusiya NATO ilə dialoqu çətinləşdirir”

“Rusiya və NATO Brüsseldə və Moskvada müvafiq ofislərini bərpa etməlidirlər”.

Reyting.az
xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ilə diplomatik əlaqələri kəsməsi dialoqu çətinləşdirir.

Y. Stoltenberq bildirib ki, şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarından tam istifadə olunmalıdır.

Baş katib qeyd edib ki, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.

Y. Stoltenberq diqqətə çatdırıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. “Bütün tərəflər “Normandiya formatı” da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməlidir”, - deyə Baş katib əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}