15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Türkiyə Rusiya və Ukraynaya çağırış edib
Tarix: 27-01-2022 22:56 | Bölmə: Siyasət
Türkiyə Rusiya və Ukraynaya çağırış edib

“Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti Türkiyə üçün çox önəmlidir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasında deyib.

O, qeyd edib ki, buna başda Türkiyə və Ermənistan olmaqla, tərəflərin səmimi və konstruktiv səyləri nəticəsində nail olmaq mümkündür.

Qeyd olunub ki, Türkiyə Yunanıstanı Egey və Aralıq dənizlərində dialoqa, əməkdaşlığa, ölkənin haqq və maraqlarına hörmətlə yanaşmağa çağırır.(APA)



Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyası ilə Ukrayna arasında artan gərginlik də müzakirə edilib.

Türkiyə mətbuatı yazır ki, iclasda gərginliyin artmasının heç bir tərəf üçün müsbət nəticələnməyəcəyi bildirilib.

Bundan əlavə, Şura bütün tərəflərə sağlam düşüncə ilə gərginliyi azaltmaq üçün çağırış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər