15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Daha bir keçmiş başçısının məhkəməsi Bakıda keçiriləcək
Tarix: 31-01-2022 11:06 | Bölmə: Siyasət
Daha bir keçmiş başçısının məhkəməsi Bakıda keçiriləcək

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Reyting.az
Lənkəran Ağır Cinayətlər Məhkəməsinə istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sədrlik edəcək.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.




Bölməyə aid digər xəbərlər