15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
BMT Təhlükəsizlik Şurasında gərginlik: səfirlər qarşılıqlı ittihamlar səsləndirib
Tarix: 01-02-2022 11:07 | Bölmə: Siyasət
BMT Təhlükəsizlik Şurasında gərginlik: səfirlər qarşılıqlı ittihamlar səsləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının ABŞ-ın tələbi ilə çağırılan toplantısında Rusiya və Amerika nümayəndələri arasında qızğın müzakirələr olub, qarşılıqlı ittihamlar səsləndirilib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi səfir Linda Tomas-Qrinfild bildirib ki, Rusiyanın hərbi səfərbərliyi Avropada onilliklər ərzində müşahidə olunan ən böyük artımdır. Rusiya səfiri isə ABŞ-ı isteriya yaratmaqda və Rusiyanın daxili işlərinə qəbuledilməz müdaxilədə ittiham edib.

ABŞ və Britaniya Rusiyanın Ukraynaya müdaxiləsi halında əlavə sanksiyaların tətbiq ediləcəyini də açıqlayıblar. Böyük Britaniyanın Xarici işlər naziri Liz Truss bildirib ki, bununla bağlı hazırlanan qanunvericilik hazırda Kremlə yaxın şəxslərə və şirkətlərə tətbiq ediləcək, daha geniş əhatə dairəsi olacaq. Amerika rəsmisi isə Vaşinqtonun sanksiyalarının Kremlə yaxın insanların beynəlxalq maliyyə sistemindən çıxarılması demək olacağını açıqlayıb.

Təhlükəsizlik Şurasının iclasında Rusiya səfiri Vasili Nebenza vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat planlaşdırdığına dair heç bir sübut yoxdur və qoşunların artırılması BMT tərəfindən təsdiqlənməyib.

Rusiya görüşün baş tutmasına mane olmağa çalışsa da, təklif iki əleyhinə 10 səslə rədd edilib.

“Bu, dövlətimizin daxili işlərinə qəbuledilməz müdaxilədir və eyni zamanda, beynəlxalq ictimaiyyəti regiondakı real vəziyyət və hazırkı qlobal gərginliyin səbəbləri barədə çaşdırmaq cəhdidir”, - Nebenza iclasda bildirib.

ABŞ-ın BMT-dəki səfiri Tomas-Qrinfild ölkəsinin problemin diplomatik həll yolu olduğuna inanmaqda davam etdiyini, lakin Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ABŞ-ın qətiyyətli hərəkət edəcəyini və bunun dəhşətli nəticələrinin olacağını bildirib. “Bu, onilliklər ərzində Avropada ən böyük hərbi fəaliyyətdir. Hətta biz danışsaq da, Rusiya yeni qoşunlar göndərir”, - Amerika səfiri deyib.

ABŞ diplomatı həmçinin bəyan edib ki, Moskva Ukraynanın şimal qonşusu Belarusdakı hərbçilərinin sayını 30 min nəfərə çatdırmağı planlaşdırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər