15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Departament: "Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq"
Tarix: 08-02-2022 09:56 | Bölmə: Siyasət
Departament: "Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq"

"Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq".

Reyting.a
z xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosundan bildirilib.

Qeyd olunub ki, bütün saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir.

Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.




Bölməyə aid digər xəbərlər