15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
AMEA-dan Misir Mərdanovun ittihamlarına reaksiya: "Mühafizə dövlət tərəfindən ayrılıb"
Tarix: 09-02-2022 16:56 | Bölmə: Siyasət
AMEA-dan Misir Mərdanovun ittihamlarına reaksiya: "Mühafizə dövlət tərəfindən ayrılıb"

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən Bildirilib ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb:

"Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, mühafizə dövlət tərəfindən ayrılıb. Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır".

Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib.




Bölməyə aid digər xəbərlər